Azerbaycanin Milli Qehremanlari



AZERBAYCANIN MILLI QEHREMANLARI        Mektebde pedaqoji tecrübede olduğum bir gün exlaqi söhbet dersi üçün Azerbaycanın Milli Qehremanları mövzusunu seçmişdim. Eve geldim, internetde ne qeder axtarış apardımsa da, heç ne tapa bilmedim. Tapdığım ancaq Milli Qehremanların adlari idi. Bioqrafiyaları ise yox idi. Mense dersde uşaqlara Qehremanlarımızın bioqrafiyalarından danışmalıydım ve mecbur oldum kitabxanaya üz tutdum. O qeder çox melumat olmasa da, ancaq tapa bildim. Hemin gün qerar verdim ki, tapdığım bu melumatları internetde yerleşdirecem. Çünki her hansı bir mektebli Milli Qehremanlarımız mövzusunda inşa yazsa internetden heç ne tapa bilmeyeceydi. Bu ise öz Milli qehramanlarimizi tanimağimiza maneçilik tötedirdi. Yeni texnologiyanın bu qeder inkişaf etdiyi bir dövrde internetde qehremanlarımız haqqında yeterli bir melumatın olmamağı utandırıcı hal idi.

  “İnsanlar bu fani alemde heyat terzine ve emellerine gore ferqlenirler...”
  Ulu Peyğemberimiz (s.e.s.) bu hikmetli kelamında eks olunan mena ve heqiqet real heyatda defelerle tesdiq olunmuşdur. Yaşadığımız son 20 ilin faciesinde bu sözlerin işığı daha gur şua saçmaqdadır. Ağrılı-acılı, derdli-müsibetli günleden heç bir xalq sğorta olunmayıb. Bu gün hemin qem yükünü çekenlerden biri de bizik... Neylemek olar tanri yazısına pozu yoxdur. Amma bu da heqiqetdir ki, tesevvüregelmez derecede ağır yükü hamı beraber, var gücü ile çekerse, xalqın qeddi eyilmez. Tale ise bu fikri açıqlayır: “Torpağa o kesin veten demeye haqqı var ki, onun uğrunda ölmeye hazir olsun ve bunu bacarsın...”
  Qehremanlıq da fitri istedaddır. Merdlik, cesaret, ölümün gözüne dik baxmaq istedadı.
  Yükseliş, ucalıq, müqeddeslik, ölümsüzlük istedadı.
  Müharibede esger yoldaşının yaralanmasına göre göz yaşı tökürse, bu – hadisedir!
  Döyüşçü düşmene esir düşmemek üçün qumbaranı sinesine sıxırsa, bu – igidlikdir
!
  Ali rütbeli zabit yüksek vezifeden imtina edib, siravi esger kimi döyüşürse, bu – vetenperverlikdir!
  Kendli öz torpağı uğrunda ölümü güle-güle qarşılayırsa – torpaq oğludur!
  Bunların hamısı qehremanlıqdı!!!

  Qehremanların da uşaqlıq, ilk genclik ,çağları başqalarından ferqlenmir. Bir qeder decelliyi, bir qeder erköyünlüyü, bir qeder de sentimenti ile benzerlik çoxdur. Sadece olaraq qehremanlıq anı gelende bu şerefe nail olanlar hüner, qeyret çırağında daha da parlayır, yükselir, elçatmaz olurlar. Torpaq da hemin qehremanlara güvenir, onlara dayağa dönür. Doğru deyirler ki, doğma torpaq uğrunda vuruşan her esger bir orduya beraberdir. Qeddar düşmen de vetenin bele igid, merd oğullarının şücaeti sayesinde diz çökdürülür.
  “Azerbaycanin Milli Qehremanı” ali fexri adın tesis olunduğu (1992-ci il, iyun) bir il erzinde 125 nefer, o cümleden ölümünden sonra 119 nefer Prezident fermanı ile tesdiq ve tesbit edilen Qehreman rütbesine laiq görülüb. Xalıqın bütün qehretli oğul ve qızları kimi onların da bir meqsedi, amalı olub – Veten torpağını düşmen tapdağından hifz elemek. Tessüf ki, qurbanlarımız çox olsa da helelik isteyimize yetmemişik. Azerbaycan torpağında müharibe davam edir. Bir de çox tessüf ki, bu müharibede verdiyimiz qurbanların sayını deqiq bilmirik.

  Artiq bu günden sonra her gün bir Milli Qehremanimizin biaqrafiyasini bura yerleşdirecem. Gelin oxuyaq ve Milli Qehremanlarimizi taniyaq...
                                                                            Gülgün İlhamqızı, 2010



Yorum Yaz